...

Bakı-Sumqayıt yolunda böyük tıxac var (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Oktyabr 2015 10:09 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Bakı-Sumqayıt yolunda böyük tıxac var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Trend xəbər verir ki, "Bakı" Futbol klubunun bazasından Beynəlxalq Avtovağzal kompleksinədək yolun hər iki sitiqamətində avtomobillərin sıxlığı müşahidə olunur.

Tıxaca Metronun Avtovağzal stansiyası üçün aparılan tikinti işləri səbəb olub. Yaranmış tıxac hələ tam aradan qaldırılmayıb.

Səhər saatlarında Bakı-Sumqayıt yolunda yaranmış tıxac aradan qaldırılıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, hazırda tıxac "Şamaxinka" deyilən ərazidən "20 Yanvar" metro stansiyasına qədər olan ərazidə var: "Bakı-Sumqayıt yolu 6 zolaqlıdır. Sıxlığa səbəb səhər saatlarında avtomobillərin çoxluğu və "Şamaxinka"ya çatan ərazidə yolun daralmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti