Depressiya əleyhinə bəzi dərmanlar intihara meyilliliyi artırır

Depressiya əleyhinə bəzi dərmanlar intihara meyilliliyi artırır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Depressiya əleyhinə istifadə edilən bəzi dərmanlar insanlarda intihara meyilliliyi artırır. Ona görə də depressiya əleyhinə dərmanlardan istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin 10-15 faizinin depressiyadan əziyyət çəkdiyini deyən F.İsmayılov qeyd edib ki, depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillilik var.

Depressiyanın müalicəsində dərmanlardan kortəbii şəkildə istifadənin düzgün olmadığını deyən professorun sözlərinə görə, depressiyanın müalicəsi üçün istifadə edilən antidepressant dərmanlar stimullaşdırıcı, sakitləşdirici, eyni zamanda həm sakitləşdirici, həm də stimullaşdırıcı effektə malik olur: "Adətən, stimullaşdırıcı effektə malik antidepressant dərmanlar insanda apatiya, həvəssizlik, özünəqapanma yarandığı zaman istifadə edilməlidir. Lakin bu dərmanlar düzgün qəbul edilmədikdə insanda intihara meyillilik artır. Ona görə də bu dərmanlara çox ehtiyatla yanaşılmalıdır. Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş klinik protokol var. Protokolda antidepressantların nə zaman təyin edilməli olduğu yazılıb. Həmin protokoldan xəbəri olmayan adi insan özü üçün necə dərman ala bilər?"

Mərkəz direktoru bildirib ki, başqa dərmanlarda olduğu kimi, antidepressantların da yan təsirləri var. Buna görə də həkimlər bu dərmanları insanlara yalnız müayinə prosedurundan sonra yaza bilərlər.

F.İsmayılov sadalanan bu səbəblər üzündən depressiya əleyhinə dərmanların reseptsiz satılmasının da düzgün olmadığını deyib.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev Trend-ə bildirib ki, əgər insanda intihara meyillilik varsa, onda stimullaşdırıcı effektə malik antidepressant dərmanlardan özbaşına istifadə bu meyilliliyi qat-qat artırır.

Z.Əliyevin sözlərinə görə, depressiya əleyhinə dərmanlar özbaşına qəbul edildikdə xəstəliyin bəzi əlamətləri dərmanın təsiri nəticəsində itir. Bu da həkimlər üçün düzgün diaqnoz qoymağa və düzgün müalicə aparmağa çətinlik törədir. Bundan başqa, dərman həkim məsləhəti ilə qəbul edilmədiyi zaman xəstə tərəfindən doza həddini aşma halı ola bilər ki, bu da arzuolunmaz halların yaranmasına gətirib çıxara bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov isə Trend-ə bildirib ki, depressiya əleyhinə dərmanların əksəriyyəti psixotrop maddələrin siyahısına aiddir. Ona görə də onlar mütləq apteklərdə reseptlə satılmalıdır: "Psixotrop dərman vasitələrinin reseptdə yazılışı və onların apteklərdən reseptlə buraxılması ilə bağlı qaydalara görə, uçotu aparılan psixotrop dərman vasitələri mütləq reseptlər əsasında satılmalıdır. Bu reseptlərdə yalnız uçotu aparılan psixotrop dərman vasitəsinin adı göstərilməlidir, dərman da resept əsasında satılmalıdır".

P.Əzizbəyov əlavə edib ki, reseptlə satılan dərmanların reseptsiz satılmasına görə bu ilin yanvar-sentyabr ayları ərzində 23 aptek İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən xüsusi inzibati məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, depressiyadan həssas qruplar daha çox əziyyət çəkirlər. Eyni zamanda depressiya kişilərlə müqayisədə qadınlar arasında iki dəfə çox müşahidə edilir. Bu, qadınların daha çox emosional, eyni zamanda həssas olması, onların depressiya əlamətlərini hiss etdikdə həkimə daha tez müraciət etməsi ilə izah edilə bilər.

Ddepressiya insanda birinci dəfə yaranırsa, onda 50 faiz ehtimalla həmin şəxs ikinci dəfə depressiyaya düşə bilər. Depressiya 2 dəfə yarandıqda onun 3-cü dəfə baş vermə ehtimalı 75 faizə, 3 dəfə olduqda isə 4-cü dəfə baş vermə ehtimalı 90 faizə yüksəlir.

Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Loading Bars
Xəbər lenti
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov
Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ (FOTO)
Kazanda “Müasir Müsəlman Mədəniyyəti Gənclər Festivalı” öz işini başa çatdırıb (FOTO)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı
QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib (FOTO)
Gələn həftə BMT Beynəlxalq məhkəməsi Ermənistana qarşı qərarı açıqlayacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib (FOTO)
“Şəki” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb
Ata Abdullayevə dedim, bir quzu kəsdirim verim sənə, razılaşmadı - Masazır bələdiyyəsinin sədri
HHM bölmələrinin döyüş atışları keçirilib (VİDEO)
Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə necə təsir göstərir?
IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri
İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Bəhruz Quliyev
Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bütün xəbərlər