...

Rafael Cəbrayılovun seçicilərlə növbəti görüşü (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2015 17:35 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov bu gün növbəti görüşünü G.Şıxbala və İ.Qayıbov küçələrinin sakinləri ilə keçirib.
Rafael Cəbrayılovun seçicilərlə növbəti görüşü (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov bu gün növbəti görüşünü G.Şıxbala və İ.Qayıbov küçələrinin sakinləri ilə keçirib.

R.Cəbrayılov seçiciləri salamlayaraq seçki platforması haqqında malumat verdi. Qeyd etdi ki, Şirvanda böyüyən bir insan kimi, Şirvanla kifayət qədər bağlılığı var: "Ona görə də Şirvanlıları maraqlandıran məsələləri tam dəqiqliklə bilirəm. Elə bu məsuliyyəti dərk edərək Şirvan şəhərindən namizədliyimi vermişəm. Seçicilər səs verib mənə etimad göstərsələr, səlahiyyətlər çərçivəsində həmin məsələləri həll edəcəyəm".

R.Cəbrayılov daha sonra seçiciləri dinləyib.

Seçicilər R.Cəbrayılova şirvanlılara etdiyi xeyirxahlıqlarla görə təşəkkür etdilər. Görüş zamanı əsasən seçicilər tərəfindən kanalzasiya və məhəllə daxili yolların təmiri ilə bağlı müraciətlər olundu.

Sakinlər R.Cəbrayılovla hər zaman fəxr etdiklərini, 1 noyabr tarixində ona səs verəcəkləri bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti