...

Şirvanda ilk dəfə səs verən gənclərlə Rafael Cəbrayılovun görüşü (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 14:43 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü Şirvanda ilk dəfə səs verən gənclərlə keçirib.
Şirvanda ilk dəfə səs verən gənclərlə Rafael Cəbrayılovun görüşü (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü Şirvanda ilk dəfə səs verən gənclərlə keçirib.

R.Cəbrayılovun seçki qərargahının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seçkinin mahiyyətindən, dövlət və cəmiyyət üçün əhəmiyyəti haqqında məlumat verən namizəd insan hüquqları içərisində seçki hüququ uğrunda ən çox mübarizə aparılan hüquq olduğunu deyib.

Namizəd gənclərin gələcəyimizi müəyyən edən insanlar olduğunu diqqətə alaraq, ilk dəfə səs verəcək gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Seçkinin vacib məslə olduğunu bir daha vurğulayan R.Cəbrayılov seçki günü bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət edib.

İlk dəfə səs verəcək gənclər görüşdən razılıqlarını bildiriblər.

Gənclərə xüsusi diqqət və qayğının təcəssümü kimi təbliğat kompaniyası dövründə gənclərlə artıq 3-cü dəfə görüşən Rafael Cəbrayılova dəstək olacaqlarını bildiriblər.

Şirvanda ilk dəfə səs verəcək gənclərin seçimi Rafael Cəbrayılovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti