...

Rafael Cəbrayılovun Şirvanda növbəti görüşü (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 16:50 (UTC +04:00)
Rafael Cəbrayılov təbliğat kampaniyasının sonuncu həftəsini xüsusi kateqoriyalı insanlarla keçirməyi planlaşdırıb.
Rafael Cəbrayılovun Şirvanda növbəti görüşü (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Rafael Cəbrayılov təbliğat kampaniyasının sonuncu həftəsini xüsusi kateqoriyalı insanlarla keçirməyi planlaşdırıb. Elə bu məqsədlə bu gün növbəti görüş namizədin məzun olduğu Şirvan şəhər 9 saylı orta məktəbin məzunları ilə olub.

Hər zaman məktəb və sinif yoldaşları ilə sıx əlaqədə olduğunu bildirən namizəd orta məktəb illərini səmimiyyətlə xatırlayaraq, bugünkü görüşdən xüsusi məmnunluğunu bildirib.

Məktəb məzunları R.Cəbrayılovun xoş xatirələrindən danışıblar.
R.Cəbrayılovun istər deputat olduğu zaman, istərsə də deputat olmamışdan öncə hər zaman hamının qayğısına qaldığını bildiriblər. Qeyd olunub ki, R.Cəbrayılov məktəb illərindən xüsusi istedad və bacarığı ilə fərlənib.

R.Cəbrayılova məzun olduğu məktəbin məzunları birmənalı olaraq səs verəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti