...

Rafael Cəbrayılovu təhsil, tibb və mədəniyyət işçiləri dəstəkləyir (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2015 14:38 (UTC +04:00)
Rafael Cəbrayılovu təhsil, tibb və mədəniyyət işçiləri möhtəşəm dəstəkləyir.
Rafael Cəbrayılovu təhsil, tibb və mədəniyyət işçiləri dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Rafael Cəbrayılovu təhsil, tibb və mədəniyyət işçiləri möhtəşəm dəstəkləyir.

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılov təbliğat-təşviqat kompaniyası dövründə son görüşünü təhsil,tibb və mədəniyyət işçiləri ilə keçirib.

Şirvan kinoteatrında baş tutan görüşdə 1000 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə böyük izdiham yaşandı. Görüşü namizədin vəkili Dilarə Əliyeva açaraq, hər kəsi salamladı və bu günkü görüşün mahiyyətindən danışdı. Sonra Rafael Cəbrayılovun müəllimləri və hazırda vəkiliolan Gülağa Mürsəlov və Dürsədəf Babayeva çıxış etdilər . Dürsədəf Babayeva namizədin müıllimlərinə , böyüklərinə və ona ehtiyacı olan bütün Şirvanlılara göstərdiyi diqqət və qayğıdan ürək dolusu danışdı. Gülağa Mürsəlov isə Rafael Cəbrayılovun qabiliyyət və bacarığından danışaraq, on illik deputatlıq təcrübəsi olan və hər zaman Şirvanlıların xeyrinə-şərinə yarayan bir insanın Şirvanlılara layiq deputat olacağını bildirdi.

Daha sonra çıxış edən Rafael Cəbrayılov hər kəsə və xüsusilə ayaq üstə dayanan seçicilərə minnətdarlıq bildirdi. Şirvanda böyüyən və Şirvanla bağlılığından danışan namizəd seçkinin vacibliyini vurğulayaq ,hər kəsi 1 noyabr tarixində layiqli namizədə səs verməyə dəvət etdi. Şirvandakı inkişafı xüsusi vurğulayan Rafael Cəbrayılov, deputat seçildiyi halda yaranacaq məsələlərin həllində yerli icra sturukturlarının, nazirliklərin və digər qurumların da iştirakını təmin etməklə,deputat səlahiyyətləri çərçivəsində həmin məsələləri həll edəcəyini bildirdi.

Çıxış edən seçicilər bir mənalı olaraq, hazırda Şirvan şəhərində deputatlığa ən layiqli namizəd Rafael Cəbrayılov olduğunu bildirdilər.

Böyük fəxrlə 1 noyabr tarixində yüksək aktivlik nümayiş etdirəcəklərini və yüksək səs fərqi ilə Rafael Cəbrayıılovu deputat seçəcəklərini bildirdilər.

Rafael Cəbrayılov bütün namizədlərə uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti