...

Azərbaycanda e-xidmətlərə mobil çıxış asanlaşdı

Cəmiyyət Materials 3 Noyabr 2015 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

"Elektron hökumət" portalının operatoru vətəndaşların portaldan istifadəsini asanlaşdırmaq və sadələşdirmək məqsədilə daha bir autenfikasiya vasitəsini, "E-Gov identity"-ni vətəndaşların istifadəsinə verib.

Trend Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, "E-Gov identity" bir identifikasiya növü kimi sistemə sadələşdirilmiş, təhlükəsiz və rahat girişi təmin etmək üçün nəzərdə tutulub. "E-Gov identity"-ni aktivləşdirmək üçün sadəcə "Elektron hökumət" portalına daxil olmağınız və nəzərdə tutulmuş xidmətdən yararlanmağınız kifayətdir. Bunun üçün portala giriş etmək, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olan mobil telefon nömrəsini aktivasiya vasitəsilə xidmətə qoşmaq lazımdır.

Qeyd edək ki, vətəndaşın adına təyin edilmiş mobil telefon nömrəsinə yalnız bir ədəd FİN (Fərdi İdentifikasiya Nömrəsi) qoşmaq mümkündür. Lakin bir FİN-i bir neçə mobil telefon nömrəsinə qoşmaq olar.

Sistem istifadəyə verildikdən sonra bir çox (Hesab.az, Asanpay.az və s.) FİN ilə işyələn portallar sistemi öz autentifikasiya vasitələri kimi inteqrasiya edə biləcəklər. Həmçinin müxtəlif dövlət qurumları, elektron xidmətlər mövcud sistemdən yararlana biləcəklər. Bu da kütləvi istifadə edilən layihələrdə elektron hökumətin imzası ilə girişi təmin edəcək bir imic yaradacaq.

Vətəndaşlar birbaşa "Elektron hökumət" portalına daxil olaraq adlarına qeydiyyatda olan mobil telefon nömrələrini aktivasiya vasitəsilə xidmətə qoşa biləcəklər. Nəzərə almaq lazımdır ki, portala girişi təmin etmək üçün sadələşdirilmiş bir çox autentifikasiya vasitəsi var ki, vətəndaş bunların hər hansı birindən istifadə edərək portala daxil ola bilər və yaradılmış xidmət vasitsəilə "E-Gov identity"-yə qoşula bilərlər.

Vətəndaşlar heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər e-gov portalına, istərsə də digər xidmətin inteqrasiya edilən portallara giriş edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti