...

Bakı-Paris aviareysi icra ediləcəkmi?

Cəmiyyət Materials 14 Noyabr 2015 08:38 (UTC +04:00)
Bakı-Paris-Bakı aviareysinin bazar günü icra edilməsi haqqında məlumat günün ikinci yarısında dəqiqləşəcək.
Bakı-Paris aviareysi icra ediləcəkmi?

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bakı-Paris-Bakı aviareysinin bazar günü icra edilməsi haqqında məlumat günün ikinci yarısında dəqiqləşəcək. Bu barədə Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, Bakı-Paris reysi bazar günü saat 07:35-ə, Paris-Bakı reysi isə həmin gün saat 19:35-ə planlaşdırılıb.

Qeyd edək ki, Parisdə bu gecə baş verən atışma və partlayışlar nəticəsində 152 nəfər ölüb. Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti