...

Nardaranda yaralananlardan biri dünyasını dəyişib

Cəmiyyət Materials 28 Noyabr 2015 16:01 (UTC +04:00)
Nardaran hadisələrində yaralanan şəxslərdən biri - Fərahim Bünyatov dünyasını dəyişib.
Nardaranda yaralananlardan biri dünyasını dəyişib

Bakı. Trend:

Nardaran hadisələrində yaralanan şəxslərdən biri - Fərahim Bünyatov dünyasını dəyişib. Bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.

N.Kərimov qeyd edib ki, öldürülən şəxslərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: "Meyitlərin gətirilməsini gözləyirik. Dünyasını dəyişənlərdən ikisi qardaş idi - Fərahim Bünyatov və qardaşı Rəfael Bünyatov. Digər üç nəfər isə Əkbər Babayev, Sarvan Səfərov və Abbas Hüseyndir. Hadisə zamanı həlak olanların hamısı bizim balalarımızdır. O tərəf, bu tərəf söhbəti yoxdur. Allah bizim balalarımıza da, şəhid olmuş polislərimizə də rəhmət eləsin".

N.Kərimov məlum qarşıdurma zamanı yaralanan kənd sakinlərinin olduğunu da qeyd edib: "Yaralılarımız da var. Hazırda 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə alırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti