"Coca-Cola", ADA Universiteti və AzVİF Veloparkda ağacəkmə kampaniyası keçirib (FOTO)

"Coca-Cola", ADA Universiteti və AzVİF Veloparkda ağacəkmə kampaniyası keçirib (FOTO)

Bakı. Elmir Murad - Trend:

Noyabrın 30-da "Coca-Cola" şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə həyata keçirdiyi irimiqyaslı ekoloji aksiya çərçivəsində BMX Veloparkında ağacəkmə kampaniyası ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, geniş sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel, velosiped həvəskarları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Bu ilin may ayında başlayan kampaniya çərçivəsində artıq BMX Veloparkında 14 000-dən çox ağac əkilib. Baş tutmuş tədbirdə daha 1 000 ağac əkilib. Xatırladaq ki, "Bakı 2015" I Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped idmanı növü üzrə yarışlar məhz bu Veloparkda keçirilib.

"Coca-Cola" və ADA Universitetinin məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ekoloji şəraitin yaxşılaşdırılmasına nail olmaqdır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Abşeronda meşə zolaqlarının sahəsinin genişləndirilməsi su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya uğramasının qarşısını alacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti S.Ələkbərov Veloparka toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər Əliyev göstəriş verib: "Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verdi. Bu parkda onun özünün şəxsən əkdiyi ağaclar da var. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə ağacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30 000-dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə ay ərzində isə "Coca-Cola" şirkəti və ADA Universiteti tərəfindən burada daha 14 000 ağac əkilib. Bu, ərazinin yaşıllaşdırılması istiqamətində atılmış çox böyük bir addımdır. Bu gün Azərbaycanda ağac əkilməsi prosesi geniş vüsət alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" layihəsi çərçivəsində bu prosesin daha da genişləndirilməsi üçün ciddi bir təkan rolunu oynayıb".

ADA Universitetinin rektoru H.Paşayev ADA-nın ölkədə ekoloji maariflənmə və ekologiya sahəsində "Coca-Cola" ilə birgə həyata keçirdikləri işlərdən danışıb: "ADA Universiteti olaraq biz həm akademik proqram çərçivəsində, həm də əlavə tədris fəaliyyətində ekoloji layihələrə böyük əhəmiyyət veririk. "Coca-Cola" ilə möhtəşəm tərəfdaşlıq proqramı çərçivəsində 2020-ci ilədək Bakı və ətraf ərazilərdə 100 minədək ağacın əkilməsi nəzərdə tutulur. Bugünkü tədbirdə "Bakı 2015" ilk Avropa Oyunlarının keçirildiyi məkanlardan biri olan BMX Veloparkının yaşıllaşdırılmasında iştirak etməkdən məmnunluq hissi keçiririk".

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş meneceri C.Becel "Coca-Cola"nın qlobal brend olaraq Azərbaycanın ekoloji inkişafındakı rolu haqqında danışıb: "Ağacəkmə aksiyası bizim Azərbaycanın ətraf mühitinə olan əhəmiyyətli töhfəmizin bir hissəsidir. 2014-cü ildə ADA Universiteti ilə birgə "Ağac əkək, təbiətə töhfə verək" layihəsinə başladıq. Layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Qeyd etmək istərdim ki, layihə başlandığı gündən indiyədək 42 mindən çox, təkcə bu il isə 22,5 mindən artıq ağac əkilib. Bu gözəl Veloparkın da proqrama daxil edilməsi bizim üçün çox xoşdur. Velopark Bakının ən gözəl ərazilərindən biri olmaqla çoxsaylı beynəlxalq və daxili turnirlərə ev sahibliyi edir. "Coca-Cola" həm də Azərbaycanda velosiped idmanı üzrə keçirilən yarışlara dəstək olmaqla ölkədə fəal və sağlam həyat tərzininin təşviqinə çalışır. ADA Universitetiti və Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə Azərbaycanda ətraf mühitin inkişafına və sağlam həyat tərzinin təbliğinə kömək edən əməkdaşlığımızdan çox məmnunam və bugünkü tədbirdə iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm".

Çıxışlar başa çatdıqdan sonra "Azərbaycan Coca-Cola Bottlers" şirkətinin baş direktoru C.Becel ABŞ-ın Atlanta şəhərində yerləşən "Coca-Cola" muzeyindən gətirilmiş çox nadir bir velosipedi Azərbaycan Velosiped İdmanı Federasiyasının muzeyində saxlanılması üçün federasiyanın vitse-prezidenti S.Ələkbərova təqdim etdi. Qeyd olundu ki, "Coca-Cola" şüşəsi formasında hazırlanmış bu velosiped "Coca-Cola"nın velosiped idmanına həsr olunmuş ilk televiziya reklamlarından birində istifadə edilib və şirkətin velosiped idmanına olan dəstəyinin və bağlılığının bir rəmzidir.

Ağacəkmə aksiyasından dərhal sonra tədbirdə iştirak edən mətbuat nümayəndələri arasında velosiped yarışı keçirildi. Təşkil olunan yarışda ölkəmizin müxtəlif media qurumlarının əməkdaşları iştirak edib. Yarışda fərqlənənlər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və ADA Universiteti tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.

Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Loading Bars
Xəbər lenti
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Şuşada sonuncu çay - 1992-ci il (FOTO)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)
Azərbaycanda qızıl-gümüş ucuzlaşıb
Mülki insanlara hücum qəbuledilməzdir - İsrail səfiri
NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO baş katibindən Ermənistan prezidentinə
İsrail səfiri Mingəçevirə səfər edəcək (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Xaricdə yaşayan ermənilər üçün əlavə reyslər açılıb - Qarabağa gətirilirlər (FOTO)
Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
Paşinyan başını itirib, erməni xalqını qırğına vermək istəyir - Deputat
İran ABŞ-a nota verib
Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib
Sabahın hava proqnozu açıqlanıb
Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA (FOTO)
İsrailin səfiri Gəncədə terror baş verən ərazidə olub (FOTO)
Düşmənin ələ keçirilən növbəti hərbi texnikaları (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB
“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür
Prezident İlham Əliyev: Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir
Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini keçdi
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb
Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur
Prezident İlham Əliyev: Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq
“Caspian Energy Club” Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn B2G forumu keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq
Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir - MN
Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar -TƏBİB
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir (VİDEO)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?
Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat
Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB-in işçi qrupunun rəhbəri (VİDEO)
Yalançı və işğalçı - Ərəb oxucuların Paşinyan haqqında fikirləri (FOTO)
Azərbaycanla yanaşı, İran da Xudafərin körpüsünün böyük iqtisadi faydasını görəcək - Ekspert
Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev (FOTO)
Azərbaycan xalqının ulu əcdadlarının Qarabağda yaşadığı sübut edilib - Tarixçi alim
Ermənistanda bir gündə 2 300-dən çox yoluxma qeydə alınıb
Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib
BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı (FOTO)
Göygöldə ər-arvada qarşı silahlı hücum edən şəxslər saxlanıldı (FOTO/VİDEO)
Kəlbəcərdə zəngin uran yataqları var - Kəlbəcərli geoloq (VİDEO)
Qubada 29 yaşlı kişi küçədə qətlə yetirildi
Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir - Rusiyalı politoloq
Malayziyanın dövlət xəbər agentliyi Azərbaycan Prezidentinin 20 oktyabr tarixli xalqa müraciətinə dair məqalə dərc edib
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib (FOTO) (YENİLƏNİB)
Rusiyanı Qərbə satan Paşinyan indi də NATO-dan imdad diləyir
Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir - Hikmət Hacıyev
“İti qovan” PUA-ların istehsalı davam edir (FOTO)
Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb - MN (FOTO) (ƏLAVƏ OLUNUB)
COVİD-19 yoluxma sayı artarsa məhdudiyyətlər artırılacaq? - Baş infeksionistdən açıqlama
Azərbaycan öz ərazilərini azad etməklə beynəlxalq təşkilatların nüfuzunu bərpa edir - Ekspert
Zaqatalada ər arvadını balta ilə qətlə yetirdi
Bütün xəbərlər