...

34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 29 Dekabr 2015 18:11 (UTC +04:00)
Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.
34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub

Bakı. Trend:

Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub. Trend Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Kollegiyada "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun ədliyyə orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları vurğulanıb.

Qeyd olunub ki, ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb, cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin, bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə edilərək vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, səyyar və virtual qəbulların daha geniş təşkili və s. konkret tədbirlər müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti