• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

7 Yanvar 2016 17:58 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Yanvarın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın rəhbər heyətinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 30 sentyabr 2015-ci il tarixdə imzalanmış Sərəncamla Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və prokurorluq orqanları tərəfindən 2015-ci ildə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşlarının bir qrupunun yüksək dövlət mükafatlarına layiq görülməsini Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində göstərilən yüksək inamın ifadəsi olduğunu bildirən Baş prokuror Zakir Qaralov ölkəmizin dövlət təsisatları içərisində xüsusi yeri olan prokurorluq orqanlarının bugünkü statusda mövcudluğuna, fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılmasına, dövlətçilik ideyalarına sadiqlik nümayiş etdirən kadr korpusunun formalaşmasına görə ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik dövlətçilik siyasətinə, onun tərəfindən prokurorluğa göstərilən etimada borclu olduğunu diqqətə çatdırıb.

Xüsusi vurğulanıb ki, demokratik və sivil bir dövlət təsisatı kimi tam yenidən formalaşmasına görə Heydər Əliyev şəxsiyyətinə borclu olan prokurorluğun kollektivində, hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran bir haldır ki, müstəqil Azərbaycan Respublikasının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Prokurorluğun peşə bayramı ərəfəsində dövlətimizin başçısı tərəfindən prokurorluq orqanlarının bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi məhz dövlət qayğısının təcəssümü kimi müstəsna əhəmiyyət kəsb edir və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaradır.

Diqqətə çatdırılıb ki, inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil Azərbaycanda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.

Bildirilib ki, ölkəmizin dinamik və hərtərəfli sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan Prokurorluğu orqanlarının başlıca vəzifəsi, digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər Nazirliyi əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatları olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasından, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsindən ibarətdir.

Azərbaycan Prokurorluğunun və hər bir prokurorluq əməkdaşının fəaliyyətinin, ilk növbədə, dövlət müstəqilliyimizin qorunmasına, ictimai-siyasi sabitliyi pozmağa yönəldilmiş cinayətkar qəsdlərin qarşısının alınmasına istiqamətləndiriləcəyinə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlətçilik tədbirlərində yaxından iştirak edəcəyinə inam ifadə olunub.

Müşavirənin gündəliyində duran ikinci məsələ ilə əlaqədar Baş prokuror diqqətə çatdırıb ki, 2015-ci ildə prokurorluq orqanlarının fəaliyyəti qanunla müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, prokurorluğun müasir beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi prosesinin daha intensiv şəkildə davam etdirilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına yönəlib.

Hesabat dövründə prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.

Bildirilib ki, 2015-ci ildə prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

Hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.

Prokurorluq və polis orqanlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 2015-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərindən əksəriyyətinin, o cümlədən qeyri-aşkarlıq şəraitdə törədilmiş xüsusilə ağır cinayətlərin "isti izlər"lə açılması təmin olunub.

Diqqətə çatdırılıb ki, 2015-ci ildə ədalətli və şəffaf kadr siyasətinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə, bu sahədə görülən sistemli iş və məqsədyönlü tədbirlər davam etdirilib, kadrların demokratik əsaslarla müsabiqə yolu ilə seçilməsi prosesinin ardıcıllığı, fəaliyyətlərində uğurlar əldə etmiş işçilərin həvəsləndirilməsi, peşəkarlıq səviyyəsinə malik şəxslərin vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilib. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Əməliyyat müşavirəsində Baş prokurorun birinci müavini Rüstəm Usubov çıxış edərək 2015-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov 2015-ci ilin iş planının icra vəziyyəti və cari ilin iş planı barədə, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin yeni qəbul olunmuş "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təşkil edilməsi, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə konkret göstərişlər verilib.

Eyni zamanda, 2015-ci il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2016-cı ildə də öz səlahiyyət hədləri daxilində Prezident cənab İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbilərin görülməsini təmin edəcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • əməliyyat müşavirəsi
  • Baş Prokurorluq
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə töhfələr verir (FOTO)
Cəmiyyət 16 Aprel 18:08
Baş Prokurorluq: Seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarına hər hansı müraciət daxil olmayıb
Cəmiyyət 11 Aprel 20:03
MDB seçki müşahidə missiyası qərargahının rəhbəri Baş Prokurorluqda olub
Siyasət 4 Aprel 17:02
Türkiyənin ədliyyə naziri Baş Prokurorluqda olub
Siyasət 3 Aprel 18:27
Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs tutulub
Hadisə 3 Aprel 12:11
Lənkəranda 7 nəfərin ölümündə təqsirləndirilən sürücü həbs edilib
Hadisə 2 Aprel 18:06
Azərbaycanın işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatı ilə əlaqədar beynəlxalq məhkəməyə müraciət olunacaq
Siyasət 31 Mart 14:59
Seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda İşçi qrupu yaradılıb
Siyasət 29 Mart 16:34
Sabunçuda təmizlik işləri aparan qadının ölümü ilə bağlı birgə məlumat yayılıb
Hadisə 29 Mart 12:55
Hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsi müzakirə edilib
Cəmiyyət 16 Mart 17:52
“AtraBank”ın İdarə Heyətinin sabiq sədri barəsində cinayət işi məhkəməyə göndərilib
Gündəm 16 Mart 11:08
Qubada sərhədyanı əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Cəmiyyət 14 Mart 16:08
“Botoks” və digər kosmetik preparatların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Cəmiyyət 12 Mart 19:10
Qazaxıstanın Baş Nəqliyyat Prokuroru Azərbaycanda səfərdədir (FOTO)
Cəmiyyət 12 Mart 18:07
Narkoloji Mərkəzdəki yanğınla bağlı "qaynar xətt" yaradılıb
Hadisə 2 Mart 18:50
Eldar Sultanov Narkoloji Mərkəzdəki yanğınla bağlı açılan CİNAYƏT İŞİ barədə
Cəmiyyət 2 Mart 16:14
Əmək müqavilələri olmadan işçiləri işə cəlb edən 3 hüquqi şəxs barəsində cinayət işi başlanıb
Hadisə 1 Mart 17:17
Prokurorluq orqanlarına qəbulla bağlı keçirilən test imtahanlarının yekunu açıqlanıb (CƏDVƏL)
Cəmiyyət 28 Fevral 18:18
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter