İlk xəbər saat 18:15-də yayılıb
Bakı. Trend:
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu gün saxlanılan Nardaran sakini Natiq Kərimov hazırda Səbail Rayon Məhkəməsinə gətirilib.
Trend-in məlumatına görə, barəsində cinayət işi açılmış N.Kərimov barədə yaxın dəqiqələrdə məhkəmə qərarı çıxarılacağı gözlənilir.
X X X
Trend-in məhkəmədə olan əməkdaşının verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi tərəfindən Nardaran sakini N.Kərimov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.