Bakı-Trend:
Azərbaycanda soyuq hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında yanvarın 27-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 14-19, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yanvarın 27-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 28-də soyuq temperatur diskomfortu gözlənilsədə, havanın oksigenlə zəngin olması müsbət amildir.
Azərbaycanda soyuq, şaxtalı hava şəraiti davam edəcək