...

Nazir: Uşaqların asudə vaxtlarının təşkili turizm müəssisələri üçün yeni istiqamət olmalıdır

Cəmiyyət Materials 12 Fevral 2016 13:09 (UTC +04:00)
Azərbaycanda uşaqların və gənclərin asudə vaxtlarının təşkili olduqca vacib istiqamətdir.
Nazir: Uşaqların asudə vaxtlarının təşkili turizm müəssisələri üçün yeni istiqamət olmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda uşaqların və gənclərin asudə vaxtlarının təşkili olduqca vacib istiqamətdir. Ona görə də turizm müəssisələri üçün bu, yeni bir istiqamət olmalı və onlar bu məsələlərə diqqət yetirməlidirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm və Menecment Universitetinin 10 illik fəaliyyətinə həsr olunan tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, əfsuslar olsun ki, biz bu gün sovet dövründəki böyük turizm axınımızı itirmək qarşısındayıq: "Vaxtilə Sovet İttifaqında uşaqların və yeniyetmələrin asudə vaxtının təşkili üçün müxtəlif pioner düşərgələri təşkil olunurdu. Məktəb şagirdləri başqa ölkələrə səyahətlərə gedirdilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" layihəsi həyata keçirilməyə başlayıb. İstəyirik ki, bu layihəni daha da genişləndirək".

Turizm sahəsinin kifayət qədər perspektivli olduğunu deyən nazir qeyd edib ki, hazırda dünya ölkələrinin iqtisadiyyatında böhranlar baş verir: "Bütün bunlar isə istər-istəməz bütün sahələrə təsir göstərir. Bu prosesləri qabaqlamaq, dünya turizm bazarında gedən proseslərin nəzəri baxımından dərindən təhlilini aparmaq lazımdır. Bu proseslərin daha uzaq məsafə üçün ölçülüb-biçilməsi və onun nəticəsinin kadr hazırlığında nəzərə alınması lazımdır".

Artıq dünyada turizmdə təşkilatçılıq sisteminin dəyişildiyini deyən Ə.Qarayev qeyd edib ki, bu gün turistlər turizm şirkətlərinin xətti ilə yanaşı, tamamilə yeni bir müstəvidə - virtual məkanda müstəqil şəkildə qruplar təşkil edərək səfərlərə gedirlər: "Demək buna uyğunlaşmaq, elektron sistem formalaşdırmaq lazımdır. Bunun üçün ciddi şəkildə elektron xidmətlərin və elektron turizm marketinqinin qurulması istiqamətində işlər aparılmalıdır".

Ə.Qarayev qeyd edib ki, Azərbaycan turizimin təbliği məqsədi ilə dünya kinostudiyalarının Azərbaycanda çəkiliş aparmağa cəlb etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti