...

Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin 93 illiyi münasibətilə elan etdiyi müsabiqə yekunlaşıb

Cəmiyyət Materials 2 May 2016 14:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 93 illiyi münasibətilə “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda elan etdiyi məqalə müsabiqəsi yekunlaşıb.
Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin 93 illiyi münasibətilə elan etdiyi müsabiqə yekunlaşıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 93 illiyi münasibətilə "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" mövzusunda elan etdiyi məqalə müsabiqəsi yekunlaşıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 3 mart-20 aprel 2016-ci il tarixləri arasında davam edən müsabiqəyə ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məqalələr göndərilib.

Həmçinin, müasir dövrdə ölkəmizdə müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətini, bu sahədəki Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr qəbul olunub.

Müsabiqənin yekunlarına əsasən Ağayev Süleyman I, Əslanov Əlyəsə II, Abbasov Mətləb və Məmmədov İskəndər III yerlərə, Əsgərov Müşviq, Nəsirov Mehman və İbadov Səbuhi isə həvəsləndirici pul mükafatlarına layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti