...

Valideynlər övladlarının gələcək peşə seçimi ilə bağlı tədbirlərə cəlb olunub

Cəmiyyət Materials 26 İyul 2016 16:08 (UTC +04:00)
Dövlət Məşğulluq Xidməti tərəfindən valideynlər övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü tədbirlərə cəlb olunub.
Valideynlər övladlarının gələcək peşə seçimi ilə bağlı tədbirlərə cəlb olunub

Bakı. Trend:

Dövlət Məşğulluq Xidməti tərəfindən valideynlər övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü tədbirlərə cəlb olunub.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara artan tələbatı ödəmək məqsədi ilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyllərin formalaşmasına xidmət edən peşəyönümü işinin düzgün təşkili xüsusi önəm kəsb edir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti tərəfindən bu istiqamətdə aktiv tədbirlər cari ildə də davam etdirilib. Belə ki, peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti nəzərə alınmaqla, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, eləcə də rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət edən işaxtaran gənclərə düzgün peşə seçimi istiqamətində peşəyönümü məsləhətləri verilib. Həmçinin pedaqoji kadrların, valideynlərin, idarə və müəssisələrin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə müşavirələr keçirilib. Qeyd olunan tədbirlərin nəticəsi olaraq, cari ilin 6 ayında ümumilikdə 59 058 nəfər vətəndaşa peşəyönümü məsləhətlərinin verilməsi təmin edilib.

Gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlər də önəmli rola malikdirlər. Bu amil nəzərə alınmaqla və peşəyönümü işində yeniliklərdən biri kimi, valideynlərin də övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü məsləhətlərinə cəlb edilməsi işləri aparılır. Hesabat dövründə Xidmət tərəfindən respublikanın 32 şəhər və rayonunda orta ümumtəhsil məktəblərində valideynlər üçün peşəyönümü məsləhətləri təşkil edilib. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin də cəlb olunduğu tədbirlərdə 500 nəfərə yaxın valideynə övladlarının gələcək peşə seçimi ilə bağlı zəruri tövsiyələr və məsləhətlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti