Su hovuzlarında faciələr - SƏBƏB

Su hovuzlarında faciələr - SƏBƏB

Bakı. Samir Əli - Trend:

Azərbaycanda istirahət mərkəzlərində və idman-sağlamlıq komplekslərinin su hovuzlarında baş verən xoşagəlməz hadisələr hamını narahat edir. Bu həm istirahət və sağlamlıq mərkəzlərinin rəhbərliyinin, həm də müştərilərin günahı səbəbindən baş verir. Su hovuzlarının mühafizəsinin lazımi səviyyədə təşkil olunmaması, müştərilərin təhlükəsizlik qaydalarına əməl etməmələri sonda xoşagəlməz hallar və faciələrlə nəticələnir.

Əslində istirahət və idman komplekslərindəki hovuzlarda təhlükəsizlik hansı qaydalarla və necə tənzimlənir? Azərbaycanın istirahət mərkəzləri və idman-sağlamlıq komplekslərində bu qaydalara necə əməl olunur?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirir ki, Azərbaycanın bəzi istirahət mərkəzlərində, idman-sağlamlıq komplekslərində və çimərliklərdə bu məsələlərə nəzarət aşağı səviyyədədir: “Su hövzələri, idman kompleksləri və istirahət mərkəzlərində su hovuzlarından istifadə qaydaları ilə bağlı Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 saylı qərarı var. Bu qaydalarda su hövzələri və hovuzlarda hansı təhlükəsizlik tədbirlərinin görülməsi müfəssəl əks olunub.

Qaydalara görə, istirahət mərkəzləri və idman komplekslərində azyaşlılarla böyüklərin bir hovuzda çimməsi qadağan edilib. Azyaşlılar üçün hovuzların dərinliyi 70 sm-dən artıq olmamalıdır. Böyüklər üçün nəzərdə tutulan hovuzların dərinliyi isə maksimum 150 sm olmalıdır. Amma bu gün əksər istirahət mərkəzlərində bu qaydalara əməl olunmur. Belə ki, adətən istirahət mərkəzlərində azyaşlılar da böyüklər üçün nəzərdə tutulan hovuzlarda çimir. Nə nəzarətçilər, nə də valideynlər bunun qarşısını almırlar. Bu da sonda xoşagəlməz hallarla nəticələnir, faciələrə yol açır”.

E.Nurəliyev bildirir ki, istənilən şəxs nəzarətçi olmadan hovuza daxil ola bilməz. İstər azyaşlı, istərsə də böyük şəxslər hovuzda nəzarət altında olmalıdırlar: “Bundan başqa, içkili şəxslərin hovuza girməsi qadağandır. Amma bizdə bu məsələlərə o qədər də diqqət yetirilmir. Hovuza girən şəxs ona görə nəzarətdə saxlanılmalıdır ki, həmin şəxsin hovuzda başqalarına qarşı kobud hərəkətlər etməsinin, zarafatlaşmasının qarşısı alınsın".

Ekspert deyir ki, istər istirahət mərkəzində, istərsə də idman-sağlamlıq komplekslərində hovuza daxil olan insanların sayına diqqət yetirilməlidir: "Hovuzun ölçüsünə görə adamların sayı müəyyən olunmalıdır. Hovuzda hər adam üçün 5 kv.m sahə müəyyən edilməlidir. Amma Azərbaycanda əksər istirahət mərkəzlərində balaca bir hovuza 50-60 nəfər birdən daxil olur və bu da həmin insanların normal hərəkətinə mane olur. Əslində, yuxarı yaşlı insanlar üçün hovuzda 5, azyaşlılar üçün isə 4 kv.m sahə müəyyən edilib. Bir də görürsən ki, istirahət mərkəzlərində hətta 200 kv.m-lik hovuza 100 nəfər yuxarı yaşlı adam daxil olur. Belə hovuzlarda hətta nəzarətçi də olmur. İstirahət mərkəzlərinin rəhbərləri bu prosesdə canlı qüvvəni müşahidə kameraları ilə əvəz edir. Halbu ki, idman-sağlamlıq komplekslərindəki hovuzlarda nəzarətçinin olması vacibdir”.

Ekspert qeyd edir ki, bu cür yerlərə hər adamı nəzarətçi təyin etmək də olmaz. Bunun üçün xüsusi ixtisaslaşmış kadrlar təyin edilməli və həmin şəxslər təhlükəsizlik qaydalarını bilməlidirlər. Məsələn, hovuzda kimsə boğularsa və ya hansısa bir təhlükə ilə üzləşərsə, həmin an nəzarətçi ona ilkin yardım göstərməyi bacarmalıdır. Hər üzməyi bacaran şəxsdən nəzarətçi təyin etmək olmaz. Bunun üçün sözügedən sahədə sırf sertifikatlaşmış mütəxəssis təyin edilməlidir: “Nəzarətçi ilə yanaşı, hovuzların hər iki kənarında, hər 10 metrdən bir təhlükəsizlik hava şarları olmalıdır. Hovuza daxil olan hər bir kəs nəzarətçi tərəfindən nəzarətdə saxlanılmalıdır ki, təhlükə olsa, ilk olaraq həmin hava şarlarını göndərsin. Bununla yanaşı, hovuz olan yerdə insanlara tibbi yardım göstərmək üçün ixtisaslaşmış həkim briqadaları saxlanılmalıdır ki, kimsə boğularsa, ona ilkin tibbi yardım göstərilsin. Boğulma hallarından başqa, hovuzda insanlarda qıcolma halları baş verir. Həmin an nəzarətçi və ya həkim briqadası tutması olana ilkin tibbi yardım göstərməyi bacarmalıdır. İlkin yardım kimi isə, qıcolma zamanı xəstənin ayağının altına iynə batırmaq lazımdır”.

E.Nurəliyev bildirir ki, bu gün istirahət mərkəzlərində qeyd olunan qaydalara əməl olunmur. Ekspertin sözlərinə görə, belə məkanlarda divarlarda və ya digər görünən yerlərdə hovuzdan istifadə üçün təhlükəsizlik qaydaları nəzərəçarpacaq səviyyədə yazılıb qoyulmalıdır ki, hovuzdan istifadə edən şəxs əvvəlcə həmin qaydalarla tanış olsun. Ekspert hovuzlarda hər şeydən əvvəl gigiyenik-təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini də vurğulayır: “Hovuzlar hər 12 saatdan bir təmizlənməli, suyun təmizliyi üçün hovuz dərmanlanmalıdır. Əks halda, hovuzdan istifadə edənlər dəri-zöhrəvi xəstəliklərinə yoluxa bilərlər”.

E.Nurəliyev deyir ki, hovuzların içərisi ilə yanaşı, kənarlarında da təhlükəsizlik tədbirləri gücləndirilməlidir: “Məsələn, hovuzların təmizlənməsi üçün nasosxanalar quraşdırılır ki, bu nasosxanaların adətən üstü açıq olur. Sutəmizləyici qurğuların quraşdırılmasına diqqət yetirilməlidir. Bu qurğular düzgün bərkidilməyəndə hovuzda çimən şəxslər üçün təhlükə yarana bilər. Bu cür xoşagəlməz hadisələr istirahət mərkəzlərində bir neçə dəfə baş verib. Bu cür halların baş verməməsi üçün istirahət mərkəzlərində və idman-sağlamlıq komplekslərində belə təhlükəsizlik tədbirlərinə ciddi nəzarət olunmalıdır. Ümumiyyətlə, hovuza daxil olan istənilən şəxs təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdır”.

"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
Loading Bars
Xəbər lenti
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Bütün xəbərlər