...

Azərbaycan əhalisinin sayı - 10 milyona az qaldı

Cəmiyyət Materials 12 Avqust 2016 18:03 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5 faiz artaraq bu il iyulun 1-nə 9755,5 min nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı - 10 milyona az qaldı

Bakı. Trend:

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5 faiz artaraq bu il iyulun 1-nə 9755,5 min nəfərə çatıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,1 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1412-si əkiz, 36-sı isə üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti