...

Yol qəzalarının səbəbləri - yüksək sürət, sərxoş vəziyyətdə idarəetmə

Cəmiyyət Materials 13 Dekabr 2016 22:36 (UTC +04:00)
Bu ilin 11 ayı ərzində Azərbaycan ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində 283 piyada həlak olub.
Yol qəzalarının səbəbləri - yüksək sürət, sərxoş vəziyyətdə idarəetmə

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin 11 ayı ərzində Azərbaycan ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində 283 piyada həlak olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i (712 hadisə, 267 ölüm, 772 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i (425 hadisə, 192 ölüm, 369 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i (238 hadisə, 54 ölüm, 278 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (34 hadisə, 15 ölüm, 32 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil edib, nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 uşaq və yeniyetmə həlak olub, 181 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 15, yaralananların sayı isə 10 nəfər azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti