...

Dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır

Cəmiyyət Materials 20 Dekabr 2016 12:02 (UTC +04:00)
Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydaları layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib.
Dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydaları layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında deyib.

P.Əzizbəyov qeyd edib ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır. Bununla yanaşı, “Dərman vasitələri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər barədə təklif və layihələr də aidiyyəti üzrə razılaşdırılaraq müvafiq qurumlara təqdim olunub. Hazırda Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır.

P.Əzizbəyov deyib ki, bu il 212 adda dərmanın idxalına sənədlərdəki uyğunsuzluğa, 5 adda dərmanın idxalına isə keyfiyyət göstəricilərinə görə icazə verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti