...

Vasif Talıbov Azərbaycanın Batumidəki Baş Konsulluğunda olub (FOTO)

Cəmiyyət Materials 11 May 2017 17:51 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 6-da Batumi şəhərinə rəsmi səfəri cərcivəsində Baş Konsulluğun inzibati binasını ziyarət edib.
Vasif Talıbov Azərbaycanın Batumidəki Baş Konsulluğunda olub (FOTO)

Bakı. Trend:

Batumi şəhərində rəsmi səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumi şəhərindəki Baş Konsulluğun inzibati binasını ziyarət edib.

Baş konsul Rəşad İsmayılov konsulluğun tələblərinə uyğun yenidənqurma işləri, binada aparılmış təmir işləri, yaradılan şərait barədə məlumat verib.

Binanın birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb.

Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti