...

Dənizdə istirahəti sevənlərin NƏZƏRİNƏ – Bunları bilirdiniz?

Cəmiyyət Materials 2 İyun 2017 21:39
yerinə yetirilməsi vacib olan, hər birimizin bildiyi ən sadə göstərişləri yerinə yetirmək təhlükəsiz istirahət üçün yetərlidir.
Dənizdə istirahəti sevənlərin NƏZƏRİNƏ – Bunları bilirdiniz?

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Yay mövsümünün gəlişi ilə istirahət etmək üçün dəniz kənarına, çimərliklərə daha çox üz tuturuq. Lakin hər yay bu istirahətin bəziləri üçün faciə ilə nəticələnməsi, ölümə səbəb olması halları barədə də eşidirik. Dənizdə, rayonlarda çay və arxlarda onlarla adam boğulur, yüzlərlə insan suda boğulma təhlükəsi ilə üzləşir. Bəs, istirahətimizin necə qurbanı olmayaq? Bu həyati əhəmiyyətli suala cavabı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev açıqlayır. Trend-in məlumatına görə, əslində yerinə yetirilməsi vacib olan, hər birimizin bildiyi ən sadə göstərişləri yerinə yetirmək təhlükəsiz istirahət üçün yetərlidir.

Ekspertin fikrincə, çimərlikdə yerinə yetirilməli olan ən bəsit qaydalara qarşı məsuliyyətsiz yanaşma sonda bədbəxt hadisə ilə nəticələnə bilər. E.Nurəliyev yerinə yetirilməli ən adi təhlükəsizlik qaydalarını açıqlayıb:

1. İlk öncə hava şəraiti nəzərə alınmalıdır. Hava əlverişli deyilsə, küləkli, dumanlıdırs dənizə getmək məsləhət görülmür;

2. Çimərliyə getmək üçün sutkanın gündüz 12:00-16:00 saatlarında, eləcə də axşam saatlarında (görüntü məhdudn olduğu zamanlarda) dənizdə çimmək (dəniz sahilində istirahət istisna olmaqla) həyat üçün təhlükəli ola bilər;

3. Daha sonra çimərlik seçiminə də diqqət yetirilməlidir. Bu, az önəmli məsələ deyil. Yəni qadağan olunmuş çimərlik ərazisinə getmək təhlükəli nəticələrə yol aça bilər. Təhlükəsizlik tədbirləri görülməmiş çimərlik sizi dənizdə batmaq təhlükəsi ilə üz-üzə qoymaqla yanaşı, suda təhlükəli yolxucu xəstəliklərə tutulma riski ilə də üzləşdirə bilər;

4. Hansı qida və içkilərin qəbul edilməsi də önəmli amildir. Belə ki, alkoqollu içkilərin qəbulu yolverilməzdir, yağlı yeməklər məsləhət görülmür. Çimərliyə getməzdən öncə və çimərlikdə mütləq qəbul edilməli dərmanlar varsa, buna da nəzarət olunması məsləhətdir;

5. Üzə bilmirsinizsə, dənizdə çimərkən sahildən çox uzaqlaşmayın;

6. Üzə bilənlərin isə sahilə perpendikulyar deyil, paralel üzmələri tövsiyyə olunur;

7. Dənizdə qadağanedici nişanları keçməyin;

8. Günəşin birbaşa düşən şüalarından qaçın. Günvurma halları ilə rastlaşmamaq üçün sutkanın gündüz 12:00-16:00 saatlarında çimərlikdə istirahətdən çəkinin. Gün vuran adamda halsızlıq, baş ağrısı , ürəkbulanma, daha ağır fəsadlar qıcolma, huşun itməsi kimi hallar müşahidə olunur. Belə hallarda ilk yardım olaraq həmin şəxs kölgəli yerdə uzanmalı, maye qəbul etməli, qollarının altına, sinəsinə və əllərinə soyuq konpres qoyulmalıdır;

9. Bəs suda boğulan adama necə yardım edilməlidir? Suda boğulan adama ilk tibbi yardım zamanında və doğru göstərilərsə, həyatını xilas etmək olar. Yadda saxlayın ki, suda boğulan adama öndən yaxınlaşmaq olmaz. Həmin adama arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasına nəzarət etməklə, qollarının altından tutub sahilə üzmək lazımdır. Sahildə dizlərinizi bükərək həmin adamı üzü üstə dizlərinizin üstünə uzatmalı, kürək nahiyəsindən basmalısınız. Unutmayın ki, həmin şəxsin udduğu suyun boşalmasını təmin etmək vacıbdır. Lazım olarsa, ürək masajı və süni nəfəs də verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti