Bakı. İlhamə İsabalayeva – Trend:
Dövlət qulluğuna qəbul zamanı müsahibədə müstəqil ekspert kimi çıxış edənlərin əməyinin ödənişi dövlət orqanı tərəfindən ödəniləcək.
Trend-in məlumatına görə, bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resurları şöbəsinin müdiri Vüqar Əsgərov bildirib. O deyib ki, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub.
V.Əsgərov qeyd edib ki, əgər dövlət orqanı müsahibə elan etmək barədə qərara gəlibdə, 10 gün əvvəl vəzifə təlimatları barədə məlumatları DİM-ə təqdim etməlidir. Müsahibənin keçirilməsi üçün komissiya artıq dövlət orqanı tərəfindən yaradılacaq və 3 nəfərdən ibarət olacaq.
V.Əsgərov bildirib ki, dövlət qulluğunda attestasiya sistemi ləğv edilib. Lakin sertifikatlaşdırma tətbiq ediləcəyindən dövlət qulluğunda fəaliyətin davam etdirilməsi üçün 5 ildən bir sertifikat əldə edilməlidir.