...

Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq

Cəmiyyət Materials 27 Oktyabr 2017 19:30 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki daş karxanalarının yerin təkindən qanunsuz istifadəsinə görə polisə müraciət edib.
Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisindəki daş karxanalarının yerin təkindən qanunsuz istifadəsinə görə polisə müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd olunub ki, həmin daş karxanalarının əməlləri cinayət tərkibi yaratdığı üçün polisə müraciət edilib: "Müraciət qum-çınqıl daşınması və daş karxanalarının qanunsuz istifadəsi ilə bağlıdır. Bununla bağlı 5 iş artıq araşdırılmaq üçün polisə təqdim olunub".

Nazirlikdən deyilib ki, 2015-ci ildə qurum yerin təkindən qanunsuz istifadəyə görə prokurorluğa 22 iş göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti