...

Ötən il Azərbaycanda 16 körpü tikilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2018 17:32 (UTC +04:00)
2017-ci ildə 16 körpü və 15 piyada keçidi tikilərək istifadəyə verilib
Ötən il Azərbaycanda 16 körpü tikilib (FOTO)

Bakı. samir Əli - Trend:

2017-ci ildə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, hesabat ilində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 15 ədəd yerüstü və yeraltı piyada keçidi tikilərək istismara verilib.

Bunlardan 10 yerüstü piyada keçidi M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2 yerüstü keçidi M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və 1 yeraltı piyada keçidi Zaqatala şəhərində, 2 yeraltı keçid isə Bakı şəhərində Hüseyn Cavid və Nobel prospektlərində tikilərək əhalinin istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti