...

Bostonda Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2018 08:33 (UTC +04:00)
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndə heyəti ABŞ-ın əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edib və çoxsaylı görüşlər keçirilib.
Bostonda Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndə heyəti ABŞ-ın əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edib və çoxsaylı görüşlər keçirilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Səfər zamanı səfir Elin Süleymanovun Massaçusets ştatının iqtisadi inkişaf katibi Cey Əş, habelə müxtəlif investor qrupları və yüksək texnologiya yetişdirən biznes inkubatorların nümayəndələri ilə keçirilmiş görüşlərində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların yaratdığı imkanlar, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın əsas sektorları və yüksək texnologiyaların daha da inkişafı məsələləri müzakirə edilib.

Bundan əlavə, E.Süleymanov Tafts Universiteti və Massaçusets Texnologiya İnstitutunda qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıb, bu qurumlarla ölkəmizin təhsil müəsssisələri arasında mümkün tərəfdaşlıq imkanları nəzərdən keçiririlib. Səfər çərçivəsində həmçinin Massaçusetsin Azərbaycanlı və yəhudi icması ilə görüşlər də keçirilib.

Bundan başqa, Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı Xarici Əlaqələr üzrə Boston Şurası və "WorldBoston"un birgə təşkilatçılığı ilə eksklüziv "Union Club"da konfrans keçirilib və həmin tədbirdə səfir E.Süleymanov mövzusunda "Azərbaycan Avrasiyanın Strateji Kəsişməsində" çıxış edib. 150-dən çox biznes, akademik, yerli siyasi-ictimai dairələrin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan diplomatı ölkəmizin uğurla apardığı regional siyasət, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın böyük dəstəyi, regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümləədn Cənub Qaz Dəhlizi, ölkə daxilində aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı, habelə ölkəmizin 20% torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasının yaratdığı təhlükəsilzik problemləri və Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin hazırkı vəziyyətindən bəhs edib.

Massaçusets erməni diasporunun ən fəal olduğu ştatlardan biridir və onların nümayəndələri də konfransa gələrək digər iştirakçılarla yanaşı səfir Süleymanova suallar verib. Öz cavabında Azərbaycan diplomatı münaqişə nəticəsində Ermənistanın bütün iri regional layihələrindən kənarda qaldığı, müstəqil siyasət aparmaq qabiliyyətini itirdiyini xatırladıb, ABŞ-dakı erməni diasporunu öz ideoloji çərçivələrindən daha geniş baxmağa, Ermənistanın gələcəyini və onun regionda yerini düşünməyi tövsiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti