...

Hava dəyişir - Bayıldakı sürüşmə zonasında SON DURUM necədir?

Cəmiyyət Materials 9 Mart 2018 12:13 (UTC +04:00)
Ekologiya və Təvii Sərvətlər Nazirliyi Bayıl yamacındakı son vəziyyətlə bağlı açıqlama verib.
Hava dəyişir - Bayıldakı sürüşmə zonasında SON DURUM necədir?

Bakı. İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təvii Sərvətlər Nazirliyi Bayıl yamacındakı son vəziyyətlə bağlı açıqlama verib.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə bildirib ki, Bayıl yamacındakı sürüşmə sahəsində dəqiq tədqiqatların aparılması üçün artıq reperlər quraşdırılıb:

“Artıq 3 gündür ki, ərazidə reperlər quraşdırılıb. Bu müddətdə Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində heç bir dəyişiklik müşahidə olunmayıb. Müşahidələr də göstərir ki, hələ aktivlik yoxdur”.

R.Həsənov qeyd edib ki, bu gün günortadan başlayaraq müşahidə ediləcək yağışlı havanın sürüşmə sahəsindəki aktivliyi artıracağı barədə konkret fikir yürütmək olmaz.

Onun sözlərinə görə, hər dəfə yağan yağışdan sonra sürüşmə sahəsində aktivlik artmır:

“Ehtimal olunur ki, yağışlar sürüşmə sahəsindəki aktivliyə təsir göstərsin. Amma bir necə gün bundan əvvəl, eləcə də sürüşmənin baş verdiyi hadisədən bir necə gün sonra yağış yağsa da, onlar aktivliyin artmasına təsir etmədi. Adətən, sürüşmə hadisəsi baş verməmişdən əvvəl torpaq qatı dolur, süxurlar boşalır. Yenə də müəyyən zaman keçməlidir ki, qrunt yenidən axıcı hala gəlsin və kütlə hərəkət etsin. Ona görə də bir dəfə yağış yağmaqla bu proses baş vermir”.

R.Həsənov onu da əlavə edib ki, hazırda Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahələrində aktivlik müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti