...

İcra Hakimiyyəti: Bayılda daha 20 fərdi ev təhlükəli ərazidədir

Cəmiyyət Materials 16 May 2018 10:10 (UTC +04:00)
Səbail rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı məlumat yayıb.
İcra Hakimiyyəti: Bayılda daha 20 fərdi ev təhlükəli ərazidədir

Bakı. Samir Əli - Trend:

Səbail rayon İcra Hakimiyyəti (RİH) Bayıldakı sürüşmə ilə bağlı məlumat yayıb.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda deyilir ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ sovet hakimiyyəti illərində, əsas etibarılə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti