Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 9 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 42 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-dən Trend-ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 22 iyunadək davam edəcək.

Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət forması” vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 22 may 2018-ci il tarixindən 22 iyun 2018-ci il saat 18:00-dək (30 gün müddətində) mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Şəki Apellyaiya Məhkəməsi (14), Xətai Rayon Məhkəməsi (6), Energetika Nazirliyi (7) tərəfindən təqdim olunub.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

Şəki Apellyaiya Məhkəməsi (14 vakant vəzifə) BA4 altqrupu üzrə 14

Energetika Nazirliyi (7 vakant vəzifə) BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 3

Hesablama Palatası (3 vakant vəzifə) BA2 altqrupu üzrə 3

Xətai Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6

Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (2 vakant vəzifə) BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1

Tərtər Hərbi Məhkəməsi (1 vakant vəzifə) BB2 altqrupu üzrə 1

Gəncə Apellyasiya Məhkəməsi (4 vakant vəzifə) BA4 altqrupu üzrə 4

Xaçmaz Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4

Əlavə olaraq, müsabiqəyə çıxarılmış 42 vakant inzibati vəzifədən 24-ü BA vəzifə qrupu, 18-ü isə BB vəzifə qrupuna aiddir.

TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanda benzin istehsalı artıb
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
Loading Bars
Xəbər lenti
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO/VİDEO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib (VİDEO)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)
Dövlət orqanlarında 58 vakant vəzifə üzrə müsahibə elan edilib
İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF
Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilən təqaüdün məbləği açıqlandı
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır - Türkiyə PA
Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
NFC ödənişləri artıq Rabitəbankda!
Qış Olimpiya Oyunlarında peyvənd olunmayan idmançılar 21 gün karantinə alınacaq
Çində üç yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq
Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib (FOTO)
Şahmar Mövsümov yenidən Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin edilib
Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı (FOTO/VİDEO)
Kapital Bank gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir
Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! (FOTO)
Gəncədə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Şuşaya qar yağır (VİDEO)
Bəzi qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır - Ramil Usubov
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır - Əli Nağıyev
DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılışı olub (FOTO)
Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib
Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Sosial xidmətlərlə bağlı elektron portaldan 9 ayda 7,4 milyon dəfə istifadə edilib
Azərbaycanda yeni medallar təsis edilir
Polis idarəsindən silah oğurlayan polis əməkdaşlarının məhkəməsi başladı
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib (FOTO)
Çaylarda sululuq ötən illə müqayisədə artıb
Bakıda “Gelandewagen” YPX avtomobilinə çırpıldı, polis xəsarət aldı (VİDEO)
"CV yarat" platforması istifadəyə verilib
Azad edilmiş ərazilər sürətlə abad olunur - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Nyu Yorkda fövqəladə vəziyyət elan edilib
Koronavirusun "AY.4.2" variantı ciddi yanaşılmalı mutasiyadır - Mütəxəssis
Bakıda mənzildən kişi meyiti tapılıb
"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb
Bakı-Sumqayıt yolunda güclü tıxac yaranıb (FOTO/VİDEO)
Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində saziş imzalamağı planlaşdırır (ÖZƏL)
Bütün xəbərlər