...

Azərbaycan gimnastları öz çıxışılarından razı qalıblar

Cəmiyyət Materials 23 İyun 2018 22:18 (UTC +04:00)
Azərbaycan gimnastları Səməd Məmmədli və Ağamurad Qəhrəmanov Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarında öz çıxışlarından razı qalıblar
Azərbaycan gimnastları öz çıxışılarından razı qalıblar

Bakı. Trend:

Azərbaycan gimnastları Səməd Məmmədli və Ağamurad Qəhrəmanov Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarında öz çıxışlarından razı qalıblar.

Səməd Məmmədli Trend-ə bildirib ki, o, həyəcandan qutuldu və özünü yaxşı göstərə bildi: "Mənim bütün 6 həkətim yaxşı alındı. At üzərində xüsusilə yaxşı çıxış etdim. Bunun mənim ilk böyük çıxışım olduğuna baxmayaraq həyəcan az idi və mən özümü toplayıb yaxşı çıxış edə bildim".

A.Qəhrəmanov öz növbəsində vurğulayıb ki, yaxşı çıxışa gərgin məşqlər səbəb oldu: "Mən öz çıxışımdan razı qaldım. Biz bu turnirə çox hazırlaşırdıq və düşünürəm ki, hər şey yaxşı keçdi. Daha çox özümün sərbəst və paralel hərəkətlər üzrə nəticələri xoşuma gəldi. Sərbəst hərəkətlərdə turnirdə özümün ən yüksək balımı topladım - 13,100".

Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilib.

Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparıb.

Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edib.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti