...

Yeni tədris ili ilə əlaqədar məktəblərin ətrafında piyada keçidləri qurulub (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2018 10:10 (UTC +04:00)
Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir.
Yeni tədris ili ilə əlaqədar məktəblərin ətrafında piyada keçidləri qurulub (FOTO)

Bakı. Trend:

Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib.

Qeyd edək ki, eynisəviyyəli piyada keçidləri təşkil edilir və yararsız halda olanların bərpası işləri mütəmadi olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti