...

Badamdarda yeni sürüşmə zonasından son FOTOLAR

Cəmiyyət Materials 12 Oktyabr 2018 13:50 (UTC +04:00)
Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.
Badamdarda yeni sürüşmə zonasından son FOTOLAR

Bakı. Samir Əli - Trend:

Bakıda Badamdar - 20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Eyni zamanda, 2013-cü ildə tikilən istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var.

Sürüşmə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Səbail rayon İcra Hakimiyyəti dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti