...

Nazirlik: Badamdar sürüşmə zonasında çatların ölçüsü artıb

Cəmiyyət Materials 30 Oktyabr 2018 09:46 (UTC +04:00)
Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
Nazirlik: Badamdar sürüşmə  zonasında çatların ölçüsü artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasının yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti