...

Azərbaycanda sürüşmə zonalarının ətraflı tədqiqatı üzrə dövlət proqramının hazırlanması təklif olunur

Cəmiyyət Materials 29 Noyabr 2018 13:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ölkədə sürüşmə zonalarının ətraflı tədqiqatı üzrə dövlət proqramının hazırlanmasını təklif edir
Azərbaycanda sürüşmə zonalarının ətraflı tədqiqatı üzrə dövlət proqramının hazırlanması təklif olunur

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ölkədə sürüşmə zonalarının ətraflı tədqiqatı üzrə dövlət proqramının hazırlanmasını təklif edir.

Bu barədə Trend-ə RSXM-dən bildiriblər.

Məlumatda qeyd olunur ki, bu təklif Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetinə təqdim edilib:

“Biz Bayıl sürüşmə zonası üzrə ətraflı hesabat hazırlamışıq və AMEA Rəyasət Heyətinə təqdim etmişik. Bundan başqa, Əhmədli və Binəqədi zonaları, eləcə də Azərbaycanın digər rayonlarında sürüşmə zonalarının tədqiq olunmasını təklif etmişik. Bunun üçün dövlət proqramının hazırlanması təklif olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti