Bakı. Trend:
Bu gün Publika.az saytının 7 yaşı tamam olur.
Trend-in məlumatına görə, Publika.az xəbər portalı 2012-ci il martın 1-də fəaliyyətə başlayıb. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək, siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.
TREND İnformasiya Agentliyi Publika.az kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!