Bakı. İlhamə İsabalayeva - Trend:
Qubanın bəzi alma, eləcə də digər meyvə sortlarının yenidən bərpa edilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Rəhim İbrahimov bildirib ki, hazırda daha çox ehtiyac duyulan meyvə sortlarının bərpası üçün məsləhətləşmələr aparılır.
R.İbrahimov deyib ki, ekoloji cəhətdən təmiz, yerli bitmə şəraitinə uyğun yeni meyvə sortları da yetişdirmək niyyətindədilər.
O, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə işlərə başlanıldığını da nəzərə çatdırıb.