...

“Bu yaz özün bir təbiət yarat!” (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2019 12:00 (UTC +04:00)
Qaradağ rayonu ərazisində “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılması təşkil edilib.
“Bu yaz özün bir təbiət yarat!” (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılması təşkil edilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Lökbatan qəsəbəsində Heydər Parkının qarşısında keçirilmiş aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara paylanılmış müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr verilib.

Daha sonra aksiya iştirakçılarına 4000 ədəd müxtəlif cinsli ağac tingləri paylanılıb.

Təşkil edilmiş aksiyada paylanılmış ağaclar vətəndaşlar tərəfindən çoxmərtəbəli yaşayış binalarının ətrafında, yaşıllıq zolaqlarında əkilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti