...

Bakıda balıq tutmağa gedən 67 yaşlı kişi itkin düşdü (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2019 14:33 (UTC +04:00)
Bakıda balıq tutmağa gedən kişi itkin düşüb.
Bakıda balıq tutmağa gedən 67 yaşlı kişi itkin düşdü (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - Trend:

Bakıda balıq tutmağa gedən kişi itkin düşüb.

Trend-in məlumatına görə, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 54, mənzil 35-də yaşayan,1952-ci il təvəllüdlü Ələkbərov Tofiq Əhməd oğlu aprelin 16-da saat 14 radələrində yaşadığı evdən balıq tutmağa getmək adı ilə evdən çıxaraq Səngəçala gedib və bir daha geri qayıtmayıb.

Adətən həmin yerə balıq tutmaq üçün gedən T.Ələkbərov axşam radələrinə geri dönəcəyinə söz versə də qayıtmayıb. O, evdən çıxarkən əynində açıq qəhvəyi rəngli gödəkçə, göy cins olub.

Tofiq Ələkbərovun yaxınları hadisə ilə bağlı polisə də müraciət etdiklərini bildiriblər. Onu görənlərdən 055-530-00-20 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti