...

Yaz ağacəkmə kampaniyası çərçivəsində 863 mindən çox ağac əkilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2019 15:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası başa çatıb.
Yaz ağacəkmə kampaniyası çərçivəsində 863 mindən çox  
ağac əkilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası başa çatıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində ETSN-nin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.

Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara 305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb. Əkilən və paylanılan ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, yaz ağacəkmə kampaniyası başlandığı ilk gündən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti