...

Nazirlikdə vətəndaşların qəbulu prosesi avqustun 1-dən DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək

Cəmiyyət Materials 29 İyul 2019 13:52 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların qəbulu prosesi avqustun 1-dən nazirlik yanında DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək
Nazirlikdə vətəndaşların qəbulu prosesi avqustun 1-dən DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların qəbulu prosesi avqustun 1-dən nazirlik yanında DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək.

Nazirlikdən Trend-ə bildirilib ki, bu, nazirliyin inzibati binasında vətəndaşların qəbulu otağında yenidənqurma işlərinə başlanması ilə əlaqədardır.

Qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inizibati binasında vətəndaşların qəbulu otağının müasir tələblərə uyğun qurulması və qəbul prosesində müasir innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması üçün qəbul otağında yenidənqurma işlərinin aparılması planlaşdırılıb.

Bununla əlaqədar, Nazirliyin inzibati binasında vətəndaş qəbulu prosesinin bir qismi qəbul otağında yenidənqurma işlərinin aparıldığı müddətdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzində (Bakı şəhəri, H. Zərdabi prospekti, 80) təşkil ediləcək.

DSMF-nin Qəbul Mərkəzi əhaliyə innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı və elektron növbəlilik əsasında, şəffaf və operativ şəkildə, vətəndaş rahatlığı və məmnunluğun prinsipinə uyğun, vətəndaşlarla açıq iş şəraitində xidmətlər göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti