Bakı. Samir Əli - Trend:
Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat AgentliyindənTrend-ə verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında "piyada keçidi" üfuqi yol nişanlanma xətti bərpa edilib.
Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.