Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib (FOTO)

Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib (FOTO)

Bakı. Trend:

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında keçirilən konfransı giriş sözü ilə AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova açaraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər sırasında Şərqşünaslıq İnstitutunun təşkil etdiyi konfransın da xüsusi yeri olduğunu bildirib. Nəsiminin Azərbaycanın ictimai fikir tarixində bir simvolik şəxsiyyət olduğunu deyən N.Axundova, onun xalqımızın ədəbi fikrində daim yaşayacağını qeyd edib. N.Axundova yaradıcılığı çoxşaxəli olan şairin Azərbaycan ədəbi dilinin formalaşmasında böyük rol oynadığını deyib.

Konfransda “Nəsimi irsinin günümüzdə dəyəri və əhəmiyyəti haqqında” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 2019-cu ilin möhtərəm Prezidentimiz tərəfindən “Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olaraq, xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu qərarın ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürü olduğunu söyləyib. Nəsimini böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şair kimi dəyərləndirən G.Baxşəliyeva onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyduğunu deyib: “Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır”.

G.Baxşəliyeva bildirib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir. Məruzəçi Nəsimim irsinin günümüz üçün dəyəri və əhəmiyyətini bu amillərlə bağlayıb: 1. Nəsimi yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti, onun insan mərkəzli düşüncəsi, etnik və dini fərqlərin fövqündə dayanaraq bəşəri vəhdəti tərənnüm etməsi. 2. Nəsimi şeirinin yüksək poetik səviyyəsi və bədii təsir gücü. 3. Nəsiminin ədəbi dil tariximizdə müstəsna rolu və xidmətləri.

AMEA Əlyazmaları İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Nəsimi və davamçılarının əlyazmaları dünya kitabxanalarında” mövzusunda məruzəsində ilk olaraq Nəsimi əlyazmalarının müasir tədqiqat və nəşrlərindən söz açaraq şairin anadilli divanının, onun əlyazma nüsxələrinin tədqiqi sahəsində professor Cahangir Qəhrəmanovun xidmətlərini xüsusilə qeyd edib və alimin 1973-cü ildə nəşr etdirdiyi üç cildlik “Nəsimi. Əsərlər” adlı kitabda Nəsiminin anadilli divanının elmi-tənqidi mətnini tərtib edərkən istifadə etdiyi əlyazmalardan bəhs edib. P.Kərimov son illər özünün Ankara Milli Kitabxanasından əldə etdiyi əlyazmalardan da danışıb. Məruzəçi həmçinin Nəsiminin ardıcıllarının da əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələrindən söz açıb, Nəsiminin və onun ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarına, əlyazma saxlanclarına səpələnmiş əlyazma nüsxələrinin böyük Azərbaycan şairinin İran, Orta Asiya daxil olmaqla Avropadan tutmuş Hindistana qədər yayılan nüfuzundan, ədəbi təsirindən xəbər verdiyini söyləyib.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin nəsr yaradıcılığı” mövzusunda məruzəsində daha çox şair, sufi, arif və hürufi kimi məşhur olan Seyid İmadəddin Nəsiminin nəsr sahəsində də qələm təcrübələrindən danışıb. Bununla belə Nəsiminin nəsrlə yazılan əsərlərinin (“Müqəddimətül-həqayiq”, “İnsan” və farsca bir risaləsi) bədii səciyyəli deyil, irfani və hürufilik məzmunlu olduğunu deyən məruzəçi, şairin mənsur əsər­lərindən ən çox diqqət yetirilən, tədqiqata cəlb edilən və müzakirələrə səbəb olan əsərinin “Müqəddimətül-həqayiq” (“Həqiqət­lə­rin başlanğıcı”) olduğunu bildirib: “Bu risalənin Azərbaycanın anadilli fəlsəfi nəsri tarixində ilk əsərlərdən olması Azərbaycan nəsrinin tarixinin daha qədim olması qənaətini yaradır. Eləcə də əsər tərcümə və ədəbi dil tariximiz baxımından da xüsusi əhəmiyyətə malikdir. Şairin irsinin hərtərəfli, sistemli və ardıcıl öyrənilməsi və tədqiq edilməsi bu mənəvi irsin həqiqi varisləri olan azərbaycanlı araşdırıcılar qarşısında mühüm vəzifə kimi durur”.

Daha sonra AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev “Nəsiminin yaradıcılığında rədif və qafiyə sistemi”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov “Nəsimi ərəb ədəbiyyatşünaslığında (Ə.Qələçinin tədqiqatları əsasında)” mövzusunda məruzə ediblər.

Konfrans öz işini daha sonra Şərqşünaslıq İnstitutunun akt zalında davam etdirib. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Seyid İmadəddin Nəsimi şeirində Quran hikmətləri”, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Həmidov “Ərəb yazıçısı Əbdülfəttah Rəvas Qələçinin “Hələb yaqutu İmadəddin Nəsimi. Həyatı, poeziyası və fəlsəfi görüşləri” adlı əsəri haqqında”, Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova “Nəsimi şəxsiyyəti zamanın fövqündə” mövzusunda məruzələr ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 7 905 nəfər sağalıb
Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycanda təbii qaz hasilatı artıb
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Vətən Müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfər yaralanıb
DİN-də 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib (FOTO)
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub (FOTO)
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürüblər
“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir
Ötən il vergidən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub - Mikayıl Cabbarov
Sənaye parklarında 50 rezident qeydiyyata alınıb - Nazir
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati (FOTO)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq - Alim
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır
Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu
Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
Bakıda peyvəndlənmə prosesi belə aparılır (FOTO/VİDEO)
Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür (FOTO)
Səbaildə Şəhidlərin xatirə lövhəsinin açılışı olub (FOTO)
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - Nazir
Prezident İlham Əliyev: Kimsə özünü toxunulmaz hesab etməsin
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev
Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Rusiyada qar uçqunu olub, 12 nəfər...
Azərbaycan Prezidenti: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (VİDEO)
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib (FOTO/VİDEO)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov
Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim
Azərbaycanın yaratdığı yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur - Deputat
Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü (FOTO)
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb
Xaricdə yaşayan qarabağlılar Şuşa ilə bağlı təəssüratlarını bölüşüblər (FOTO)
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək - Vüqar Rəhimzadə
Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı azalıb
Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)
Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı
Ağdaş və Şəki sakinlərindən narkotik vasitə götürülüb
İrandan yayımlanan televiziya və radio dalğaları yüksək sahə gərginlikləri yaradır - Şura
Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir – Deputat
Bu sahə üzrə ekspert olmaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat elan edilir
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib
Ağdaşda karantin qaydalarını pozan kafe və çayxana aşkar edilib
Büdcədən maliyyələşən yayımçıların efirlərində çatışmazlıqlar var - MTRŞ
Ombudsman Səbinə Əliyeva növbəti dəfə qazilərlə görüş keçirib
Qarabağda yayım həyata keçirmək üçün CBC TV kanalına müddətsiz regional televiziya yayımı lisenziyası verilib
İranda daha 83 nəfər koronavirusdan ölüb
10 noyabr üçtərəfli bəyanatının heç bir gizli bəndi mövcud deyil - Rusiya XİN
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib (FOTO)
Azər Türk Bankın ekosistemində daha bir yenilik
Baş Prokurorluq işçi axtarır
Metronun “8 Noyabr” stansiyası və daha bir neçə stansiyaya rəis təyin olunub
Bütün xəbərlər