Bakı. Trend:
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə respublikanın 49 dövlət və özəl ali təhsil müəssisələrinin, o cümlədən xüsusi təyinatlı ali təhsil müəssisələrinin komandaları iştirak edib. Bu bilik yarışmasında DİN-in Polis Akademiyasının komandası xüsusilə fərqlənərək 30 bal toplamış və I yerə layiq görülüb.
Yeri gəlmişkən, 2014-cü ildən başlayaraq Heydər Əliyev Mərkəzində bu mövzuda bilik yarışı keçirilir.
Polis Akademiyasının komandası 2015-ci ildə keçirilmiş II Ümumrespublika bilik yarışında II, 2018-ci ildə keçirilmiş V Ümumrespublika bilik yarışında isə III yeri tutmuşdur.
Kursantları yarışa Polis Akademiyasını «İctimai elmlər» kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov hazırlayıblar.