...

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib (FOTO/VİDEO)

Cəmiyyət Materials 2 Dekabr 2019 16:03 (UTC +04:00)
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib.
Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib (FOTO/VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

Onun sözlərinə görə, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub:

"Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 13 olub. 2020-ci ildə daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti