...

“Həkimlərimizi tanıyın!” - pediatr-neonatoloq-reanimatoloq, şöbə rəisi Dr. Telman Aytayev

Cəmiyyət Materials 3 Dekabr 2019 11:42 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə uşağa sağlamlığını qaytarmış, mehriban, qayğıkeş və diqqətcil pediatr-neonatoloq-reanimatoloq, şöbə rəisi Dr. Telman Aytayevi təqdim edirik.
“Həkimlərimizi tanıyın!” - pediatr-neonatoloq-reanimatoloq, şöbə rəisi Dr. Telman Aytayev

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə uşağa sağlamlığını qaytarmış, mehriban, qayğıkeş və diqqətcil pediatr-neonatoloq-reanimatoloq, şöbə rəisi Dr. Telman Aytayevi təqdim edirik.

2010-cu ildən əmək fəaliyyətinə uzman pediatr kimi başlayan DR.TELMAN AYTAYEV Mərkəzi Gömrük Hospitalının Neonatologiya və reanimasiya şöbəsində sağlam uşaq təqibi, az çəkili və ya vaxtından erkən doğulmuş uşaqların müalicəsi və təqibini, uşaqlarda peyvəndlərin aparılması, uşaqlarda qaraciyər transplantasiyasından əvvəl və sonra təqibin edilməsi, ürək qüsuru səbəbi ilə əməliyyat olunacaq uşaqların vəziyyətinin əməliyyatdan əvvəl dəyərləndirilməsi və əməliyyatdan sonra analizlərinin müşahidə edilməsi, infeksiya xəstəliklərinin diaqnozu və müalicəsi, uşaqlarda allergiya xəstəliklərinin diaqnozu və müalicəsini həyata keçirir.

Dr. Telman Aytayev 2004-cü ildə Türkiyə Atatürk Universitetinin Tibb fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Hacettepe Universitetinin Tibb fakültəsinin pediatriya bölməsində təhsilini davam etdirmişdir. 2016-2017-ci illərdə Türkiyədə Konya Meram Tibb fakültəsinin neonatologiya şöbəsini uzman pediatr kimi bitirmişdir. 2010-2012-ci illərdə Ərzincan Dövlət Xəstəxanası və Ərzincan Universitetində uzman pediatr, 2012-2015-ci illərdə özəl tibb müəssisələrində pediatr vəzifəsində çalışıb. 2015-2017-ci illərdə Necmettin Erbakan Universitetində Meran Tibb Fakültəsində Pediatriya bölümünün Neonatologiya şöbəsində uzman pediatr işləmişdir. Dr. Telman Aytayev 2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi vəzifəsində çalışır.

Dr.Telman Aytayev öz üzərində daim çalışır, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edir, bilik və təcrübəsini artıraraq öz fəaliyyətində tətbiq edir. O, 2015-ci ildə Türkiyədə Antalyanın Belek bölgəsində keçirilən 59-cu Milli Pediatriya Konqresində, 2016-cı ildə Türkiyənin Konya şəhərində Neonatoloji reanimasiya reanimasiya kursunda, 2018-ci ildə Türkiyənin Belek bölgəsində 11-ci Beynəlxalq Uşaq İnfeksion xəstəlikləri konqresində, 2018-ci ildə 62-ci Türkiyə Milli Pediatriya konqresində və 2019-cu ildə Niderlandın Mastriçt şəhərində Avropa Neonatoloji Cəmiyyətinin 3-cü konqresində iştirak etmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/telman-aytayev

Dr. Telman Aytayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi 012 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti