...

AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2019 15:10 (UTC +04:00)
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın və PMD Projects MMC-nin inşaat üzrə direktoru Dəyanət Sədullayevin imzaladıqları müqavilə iki qurum arasında əməkdaşlıq üçün geniş imkanlar açır. Müqaviləyə əsasən, istehsalat təcrübəsinə gedən tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə onlara şirkətin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq, gələcəkdə kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək.

Şirkətin nümayəndə heyəti ilə görüşdə rektor son illər universitetdə kadr hazırlığı istiqamətində görülən işlərdən, tələbələrə praktiki vərdişlərin aşılanmasının vacibliyindən və bu sahədə qazanılan uğurlardan danışıb. O, təhsilin keyfiyyətinin artırılması üçün istehsalat təcrübələrinin önəmli olduğunu, bu istiqamətdə universitetə yardımçı olan partnyor şirkətlərin ildən-ilə artdığını vurğulayıb. PMD Projects MMC ilə əməkdaşlığın AzMİU üçün faydalı olacağını deyən G.Məmmədova bu addımın məzunların işlə təminatına da müsbət təsir edəcəyini bildirib.

Əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını diqqətə çatdıran Dəyanət Sədullayev bu işdə əsas məqsədlərinin tələbənin inkişafına dəstək vermək, onların kadr kimi yetişməsinə yardımçı olmaqdır. D.Sədullayev onu da bildirib ki, şirkətdə təcrübə keçən tələbələrdən 10 nəfəri işlə təmin ediləcək.

Görüşün sonunda PMD Projects MMC-nin İnsan Resursları şöbəsinin müdiri Vüqar Heydərovun təqdimatında şirkətin fəaliyyətinə həsr olunmuş prezentasiya tələbələrə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti