...

PwC Azərbaycan Azərbaycanda İnnovativ Vergi Əməkdaşlığı Proqramı üzrə seminar keçirmişdir

Cəmiyyət Materials 10 Dekabr 2019 12:40 (UTC +04:00)
PwC Azərbaycan Azərbaycanda İnnovativ Vergi Əməkdaşlığı Proqramı üzrə seminar keçirmişdir.
PwC Azərbaycan Azərbaycanda İnnovativ Vergi Əməkdaşlığı Proqramı üzrə seminar keçirmişdir

6 dekabr 2019-cu il tarixində PwC-nin yerli və regional vergi komandası Vergi Orqanlarının işçiləri üçün “Azərbaycanda innovativ vergi əməkdaşlığı proqramı” mövzusunda seminar keçirib.

Seminara 32-dən çox ölkədə "Horizontal Vergi Monitoringi" konsepsiyasının təşəbbüskarı olan PwC Hollandiyanın Partnyoru Eelco Van Der Enden və PwC Hollandiyanın Vergi və Hesabatların Hazırlanması Strategiyası üzrə Menecer Kuralay Baisalbayeva tərəfindən aparılmış və moderasiya edilmişdir. PwC Azərbaycan komandası vergi xidmətləri üzrə aparıcı mütəxəssislər Arif Quliyev, Elnur Məmmədov, Fərhad Qardaşov və Sevinc Bainveldən ibarət idi.

Sessiyada müxtəlif idarələrdən 20-dən çox vergi orqanının nümayəndəsi iştirak etmişdir.

Seminarın məqsədi vergi nəzarəti çərçivəsi metodologiyası barədə məlumatın bölüşdürülməsindən ibarət olmuşdur. Həmin metodologiya davamlı, işlək və inkişaf etmiş informasiya texnologiyalarına əsaslanan qabaqcıl hesabatlıq sisteminin işlənib hazırlanması və tətbiqini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti