...

Bayramla əlaqədar qoruqların iş günləri açıqlandı

Cəmiyyət Materials 28 Dekabr 2019 17:06 (UTC +04:00)
Dövlət Turizm Agentliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qoruqların iş günlərini açıqlayıb.
Bayramla əlaqədar qoruqların iş günləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyi (DTA) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qoruqların iş günlərini açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar DTA-nın tabeliyində olan qoruqlar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.

Bunlar “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti