...

YAP Gəncə şəhər təşkilatı idarə heyətinin iclası keçirilib

Cəmiyyət Materials 10 Yanvar 2020 14:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP Gəncə şəhər təşkilatı idarə heyətinin iclası keçirilib

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələlər barədə məlumat verən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan cəmiyyətinin bütövlüyü və monolitliyinin təmin olunduğunu, xalqın daha parlaq gələcəyə nikbin baxışının formalaşdığını qeyd edib.

İclasda əsasən ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə və 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkiləri ilə bağlı məsələlər müzakirə olunub.

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi üzrə tərkibi təsdiq edilib, cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti